• çərşənbə axşamı, 09 iyun, 11:51
  • Baku Bakı 22°C

Əqli mülkiyyət qarşısında yeni vəzifələr

25.04.26 00:12 472
Əqli mülkiyyət qarşısında yeni vəzifələr

İnnovasiya Potensialına Baxış tədqiqatına əsasən, ölkələrin yalnız 10%-i öz texnoloji potensialını tam şəkildə reallaşdırır.

Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masa keçirilib. 

Əqli mülkiyyətin inkişafına mühüm töhfə verir

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, elm, təhsil və əqli mülkiyyət qarşısında yeni vəzifələr dayanır.

Onun sözlərinə görə, süni intellektin istifadəsi vasitəsilə gücləndirildiyi halda, əqli mülkiyyət innovasiya potensialına təsir imkanlarını genişləndirmək üçün tamamilə əlverişli olur.

Kamran İmanovun sözlərinə görə, İnnovasiya Potensialına Baxış tədqiqatına əsasən, ölkələrin yalnız 10%-i öz texnoloji potensialını tam şəkildə reallaşdırır:

"Məhz elmi, texnoloji, sahibkarlıq və istehsal potensiallarının cəmləşdiyi dövlətlərdə innovasiya imkanlarını artırmaq və qlobal səviyyədə irəliləyişlərə nail olmaq mümkün olur”.

O qeyd edib ki, texnoloji innovasiyalar sahəsində iqtisadiyyatların yalnız 10%-i öz patent potensialını reallaşdırır.
Sədr əlavə edib ki, süni intellekt əqli mülkiyyətin inkişafına mühüm dəstək verir. Bunun üçün isə süni intellekt texnologiyalarının məqsədyönlü şəkildə hazırlanması və tətbiqi vacibdir.

Müəyyən suallar yaradır

Milli Məclisin deputatı Hicran Hüseynova bildirib ki, süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində konseptual suallar meydana çıxarır.

Onun sözlərinə görə, süni intellekt müxtəlif sahələrin inkişafında mühüm yer tutur: "Süni intellektin sürətlə yayılması əqli mülkiyyət sahəsində konseptual suallar meydana çıxarır. Məhsulun sahibinin kim olması sualı ortaya çıxır. Son zamanlar dünyada süni intellekt sahəsində strategiyalar müəyyənləşdirilir".

Azərbaycanda da belə bir strategiyanın təsbitinə toxunan deputat əlavə edib ki, ölkədə rəqəmsallaşma, elektron hökumət, süni intellekt, innovasiyalar sahəsində fəaliyyət təkmilləşdirilir.

Bəzi hallarda süni intellektdən yanlış istifadə edilir

Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Azərbaycanda ədəbiyyat, mədəniyyət və mətbuat sahələrində bəzi hallarda süni intellektdən yanlış istiqamətdə istifadə olunur.

Onun sözlərinə görə, bu gün süni intellekt dünyada və Azərbaycanda geniş tətbiq edilir: "Süni intellektin yaxşı tərəfləri olsa da, gətirdiyi pis vərdişlərin qarşısını almaq lazımdır. Bu gün süni intellekt Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına təsir edir. Görürük ki, bəzi hallarda süni intellekt yanlış istiqamətdə istifadə edilir. Bu da müəlliflik hüququna təsir göstərir. Ona görə də bununla bağlı tədbirlər görülməlidir".

Deputat süni intellektlə əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklər edilməsinin, ondan yalnız iş şəraitinin, insanların inkişafı üçün istifadə olunmasının zəruriliyini vurğulayıb.

banner

Oxşar Xəbərlər