• çərşənbə axşamı, 09 iyun, 08:29
  • Baku Bakı 22°C

"Global Media Group" şahmat turniri təşkil edib

07.05.26 17:25 472
"Global Media Group" şahmat turniri təşkil edib

"Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları arasında şahmat turniri keçirilib.

Respublika Şahmat Mərkəzində baş tutan yarış Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub.

Turnirdə "Report" İnformasiya Agentliyi, "Global Management" autsorsinq şirkəti, "Baku TV" televiziya kanalı, "Caliber" informasiya-analitik portal, "Oxu.az" və "Baku.ws" xəbər portallarının əməkdaşları 7 turdan ibarət İsveçrə sistemi əsasında güclərini sınayıblar. Yarışın yekununa əsasən, "Oxu.az" əməkdaşı Zaur Həsənəliyev birinci, "Report" İnformasiya Agentliyinin əməkdaşı Sənan Ağamalızadə ikinci, "Baku.ws"in təmsilçisi Rəfael Rüstəmov isə üçüncü yeri tutub.

Qaliblər pul mükafatı, sertifikat və Azərbaycan Şahmat Federasiyası tərəfindən təqdim olunan şahmat dəstləri ilə təltif ediliblər. Digər iştirakçılara isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.

banner

Oxşar Xəbərlər