AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Bakıda bu mənzillərin qiyməti bahalaşıb

Bakıda bu mənzillərin qiyməti bahalaşıb

General
12 August 2021, 09:50 121
Bakıda təkrar mənzil və ilkin mənzil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.
"MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, iyul ayı ərzində təkrar mənzil bazarında qiymətlər 0.59 % bahalaşıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 1.62% bahalaşma qeydə alınıb.
Onun sözlərinə görə, ilkin mənzıl bazarında mənzillərin qiyməti ay ərzində 0.65 %, il ərzində isə 5. 1 % bahalaşıb.