• cümə, 26 Aprel, 00:48
  • Baku Bakı 16°C

Özünü öydü: “Prezident də, oyunçu da, məşqçi də özüməm”

08.07.20 14:30 735
Özünü öydü: “Prezident də, oyunçu da, məşqçi də özüməm”
"Milan”ın hücumçusu Zlatan İbrahimoviç "Yuventus”la oyundan sonra (4:2) fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Zlatan yenə də özünü öyüb. O, "Milan”da qalıb-qalmayacağını da dəqiqləşdirmədiyini vurğulayıb:
"Mənim qoca olduğum sirr deyil. Amma yaş, sadəcə, statistik göstəricidir. Mən yaxşı çalışıram, bu gün əvvəlki oyuna nisbətən daha çox meydanda oldum.
Özümü yaxşı hiss edirəm, çalışıram ki, komandaya kömək edim. Əgər çempionatın əvvəlində bura gəlsəydim, yəqin ki, Skudettonu qazanardıq.
Mən həm prezident, həm oyunçu, həm də məşqçiyəm. Təəssüf ki, ancaq oynadığım üçün pul alıram. "Milan”da qalıb-qalmayacağımı bilmirəm. Hələ bir ay var. Amma qəribə situasiyalar baş verir və biz ona nəzarət edə bilmirik.
Milanda yaşamaq xoşuma gəlir. Bura talisman olmaq üçün gəlməmişəm. 20 yaşında etdiklərimi təkrarlamaq niyyətində deyiləm.
38 yaşım var. Orqanizim həminki deyil, amma əvəzində indi daha ağıllıyam. Burda əsas məqsədim komandaya, yoldaşlarıma, klub rəhbərliyinə, azarkeşlərə kömək etməkdir”.
banner

Oxşar Xəbərlər