Özünü sevməyən, amma hamının sevimlisi olan aktyor - Fotolar
Kimin
ağlına gələrdi ki, tamaşaçıların sevimlisi Oleq Basilaşvili özünü hər dəfə
ekranda görəndə utancaqlıq hiss edir. O, özünün zahiri görkəmindən narazı idi.
Hətta, Eldar Ryazanovun ümumittifaq şöhrəti qazanan və bütün qəhrəmanlarını
şöhrətləndirən «İşdə məhəbbət macərası» filminin təqdimatında da belə oldu:
Basilaşvili demək olar ki, özünə aid olan heç nəyi - səsini də, hərəkətlərini də
bəyənmədi. Bununla belə,
Ryazanov-Basilaşvili yaradıcılıq tandemi çox uğurlu oldu və sovet
kinematoqrafiyasına gözəl filmlər bəxş etdi... Sentyabrın 26-da isə hamının
sevimlisi Oleq Basilaşvili 85 yaşını qeyd etdi.
Mübaliğəsiz
demək olar ki, bu aktyorun adı sovet və Rusiya kinematoqrafiyasının tarixinə
qızıl hərflərlə yazılıb. Axı, Oleq Basilaşvilinin oynadığı bədii obrazların
hamısı xalqın ruhuna yaxın idi. İstər-istəməz, tamaşaçılar həmişə müzakirə
edib: o, yaratdığı personajlardan ən çox hansına bənzəyir – Yuri Samoxvalova,
zavallı Platon Ryabininə, kədərli Volandaya? Deyəsən, heç birinə, axı, həyatda
tamamilə başqadır.
İnstitutdan qovdular
Basilaşvilinin
böyük və mehriban ailəsi vardı. Valideynlərindən başqa evlərində Oleqin Jora
adlı ögey qardaşı, nənəsi və babası olurdu. Hamısı birlikdə Pokrovskidəki nənəsinə
məxsus köhnə evdə yaşayırdılar. Ailəyə nənə başçılıq edirdi. Nizam-intizama,
evin səliqə-sahmanına və təmizliyinə baxır, evdə rahatlığın və komfortun
yaradılmasına məhz Olqa Nikolayevna nəzarət edirdi. Qadın günün çox saatını nəvələri
ilə keçirir, onların tərbiyəsi ilə məşğul olur, hətta, hərdən onları çox ciddi
olmasa da, cəzalandırırdı.
Müharibə
illərində Basilaşvilinin ailəsi Tbilisiyə evakuasiya olunmuşdu. Həmin illər
hamını şiddətlə təqib edən aclıq illəri idi. Həmçinin Oleqin zəif düşmüş
orqanizmi müxtəlif xəstəliklərə demək olar ki, çətinliklə güc gəlirdi. O, vərəmə
tutulsa da, bu xəstəliyə çətinliklə qalib gəlmişdi. Müharibə zamanı böyük
qardaşı Georqi də itkin düşmüşdü. O, kapitan rütbəsinə yüksəlmişdi. Yaralanmış,
sağalandan sonra döyüş bölgəsinə yollanmışdı. Amma təyinat yerinə gedib
çıxmamışdı. O vaxtdan onu "gördüm” deyən olmamışdı.
Ailə
paytaxta yalnız 1943-cü ildə dönə bildi. Oleq 234 saylı məktəbin üçüncü sinfində
oxumağa davam etdi. Oxumağı sevmirdi və məktəbin ab-havası onda qəm-qüssə
yaradırdı. Basilaşvilinin dəqiq elmlərlə arası yox idi. Ona görə də, saatlarla
oturmalı olurdu və nəticədə bütün fənlərdən geri qalmağa başlamışdı. Beləliklə,
o, məktəbi bitirənə kimi qiymətləri "3”-dən "2”-yə endi. Buraxılış sinfində
Oleqi «Qızıl inək» əsərini təriflədiyinə görə, etimadsızlıqda təqsirləndirdilər.
Bu işdən ötrü məktəbdən də qovula bilərdi. Xoşbəxtlikdən bunu etmədilər. Rəssamlıq
Akademiyasını bitirməsinə isə mane oldular. Oleqi postimpressinizmdə təqsirləndirib,
tədris müəssisəsindən qovdular.
Ancaq
taleyin belə zərbələri balaca oğlanın gözəlliklərə olan sevgisini azaltmadı. O,
yeniyetmə ikən teatrla maraqlanmağa başladı. Heç bir premyeranı ötürməməyə
çalışırdı. Və çox tezliklə özünün də bu səhnədə olmaq istəyini başa düşdü. O, bədii
özfəaliyyət qrupuna yazıldı. Quruluşlarda iştirakı yaxşı başlanğıc oldu.
Aktyorluğa aid bir çox vacib vərdişləri mənimsədi. Nəhayət, oxumaq üçün
arzusunu reallaşdırdı. Basilaşvili Teatr İnstitutuna daxil olmağı qərara aldı və
Moskva Bədaye Teatrının məktəb-studiyasını seçdi. Onun müəllimi tanınmış sənətkar
Pavel Massalski idi. Müəllimləri demək olar ki, ona boş vaxt vermir, gəncdən
nizam-intizam tələb edir, sənət vərdişlərini öyrənməyə sövq edirdilər.
Diplom
alandan sonra bütün tələbələr ölkə teatrlarına təyinat aldılar. Basilaşvili və
onun həyat yoldaşı Tatyana Doronina da onların arasında idi. Onlar Stalinqrad
vilayət Dram Teatrına göndəriş aldılar. Arzuları paytaxtda qalmaq olsa da,
"xidmət” yerinə getməyə məcbur idilər. Ancaq tezliklə «sürgün» bitdi. 3 aydan
sonra demək olar ki, truppada onlara rol vermirdilər.
Samoxvalov istisna idi...
Basilaşvili
həyat yoldaşı ilə Leninqrada gəldi. Tatyananın valideynləri bu şəhərdə
yaşayırdı. Gəncləri Leninqrad Teatrının truppasına qəbul etdilər. Hər ikisinə
öz istedadlarını göstərmək üçün imkan yarandı. Ancaq yarım ay keçəndən sonra
rejissor Georgi Tovstonoqovun dəvəti ilə onlar Leninqrad teatrını tərk edib
Leninqrad Böyük Dram Teatrına getdilər. Əslində rejissor Doroninanı teatra dəvət
etmişdi. Aktrisa Basilaşvilinin də teatra qəbul edilməsini şərt kimi qoymuşdu.
Basilaşvili üçün də bu teatrın səhnəsi uğurlu oldu. Ancaq kinematoqrafiyada
bioqrafiyası hələ parlamamışdı. 1956-cı ildə Basilaşvili ilk dəfə olaraq «Gəlin»
filminə çəkildi. Rolu o qədər epizodik idi ki, tamaşaçılar hətta gənc aktyoru
xatırlamırdı. Basilaşvili nadir hallarda və epizodik rollara çəkilirdi. 1966-cı
ildə o, rejissorlardan dəvətlər almağa başladı. «Əbədi çağırış» filmindən sonra
o, nisbətən rejissorların diqqətini çəkdi.
1967-ci ildə artıq onun kino karyerası teatrla paralel inkişaf etməyə başladı.
Tovstonoqov da ona xarakterik rollar verirdi. Bunlar əsasən komedik personajlar
idi – Xlestokov, Mamayev… Basilaşvilinin teatr karyerasının ən səs-küylü illəri
70-ci illərə təsadüf etdi. Ümumittifaq şöhrəti onu 1977-ci ildə «İşdə məhəbbət
macərası» filminə çəkiləndən sonra haqladı. Samoxvalov rolu onu bütün ölkədə
tanıtdı. Ümumiyyətlə, ekran əsərinin bütün aktyorları "ulduzlar” idi. Oleqi küçədə
tanıyır və rolunun adı ilə çağırırdılar. Onun qəhrəmanı mənfi obraz idi.
Tamaşaçılar adətən müsbət personajları xoşlayırlar. Ancaq Samoxvalov istisna
idi...
Şöhrətin yeni dalğası
1975-ci ildə Oleq
Basilaşvili atasının ölümü ilə bağlıEldar Ryazanovun"Qəribə təsadüf və ya həmişə təmizlikdə"filmindəkiİppolit
roluna çəkilməkdən imtina etdi. 1979-cu ildə isə aktyor Georgi Daneliyanın
«Payız marofonu» filmində çəkildi. O, bu filmdə çəkiliş meydanına Natalya
Qundareva, Yevgeni Leonov, Marina Neelova kimi aktyorlarla çıxdı. 1982-ci ildə
Basilaşvilinin çəkildiyi daha bir film – «İki nəfər üçün vağzal» prokatda lider
oldu. Eldar Ryazanovun məşhur ekran əsəri aktyoru daha da şöhrətləndirdi. Basilaşvilinin personajı ona şöhrətin yeni
dalğasını və xalq məhəbbətini qazandırdı.
1990-cı illərin böhranı Oleq Basilaşvilidən yan keçdi. O, əvvəlki
kimi çəkilir, baş qəhrəmanları oynayır, Eldar Ryazanovun əsas obrazlarını
canlandırırdı. 1990-1993-cü illərdəRSFSR-in millət vəkili olur.
2005-ci ildə aktyoru «Ustad və Marqarita» filminin çəkilişinə dəvət
etdilər. Son illər Oleq Basilaşvili öz pərəstişkarlarını nadir hallarda yeni
işləri ilə sevindirir. Onun iştirakı ilə ekrana bir neçə serial da çıxıb.
2015-ci ildə aktyoru «Sərhədsiz” kinoalmanaxının çəkiliş meydanına dəvət ediblər.
Oleq Basilaşvili təkcə məşhur aktyor deyil, həmçinin
ölkənin ictimai həyatından kənar qalmayan vətəndaşdır. Məsələn, onun Krıma aid
öz fikirləri var. Aktyor Rusiya hökumətinin Ukraynaya münasibətində pozitiv
fikirlərini deməkdən çəkinmir. O, sənət adamlarını da bu məsələdə prezident
Putini dəstəkləməyə çağırır. Buna görə də, Oleq Basilaşvilinin adı
ukraynalıların "qara” dəftərinə düşüb. Ona Ukraynaya gəlmək qadağan olunub.
Basilaşvili isə belə siyahıları, sadəcə əhəmiyyətsiz hesab edir. Aktyor 2006-cı ildə "Əsrin avtoqrafı”
kitabının buraxılışında iştirak edib.
Aktyor
siyasətə çox vaxt ayırdığından, demək olar ki, sənətindən uzaq düşüb. 2016-cı
ildə o, Dövlət Dumasına seçkilərdə "Alma” Partiyasını dəstəkləyib. Onu hətta «Mənim
qəhrəmanım» proqramına da dəvət ediblər. Aktyorun qızı Kseniya atası haqqında
"O, özündən razı olmayan adamdır. Əvvəllər
o, daim idman edərdi, qaçardı, orqanizmindəki çatışmazlıqlardan qurtulmağa
çalışardı. Sonra bunlara fasilə verdi. Onun üçün ailəsi və yaxınları həmişə
birinci yerdə olub” deyir.
Dostları
isə Basilaşvilinin utancaq olduğunu deyirlər. Hətta, bu barədə əfsanələr
dolaşır. Bu, əfsanələrdən birinə görə, o, «İki nəfər üçün vağzal» filminin ilk
çəkiliş günündə Lyudmila Qurçenko ilə öpüşməli imiş. Oleq Valerianoviç
rejissora həmin səhnənin çıxarılmasını, hətta, roldan imtina etməyə hazır
olduğunu deyib. Ryazanov çaşbaş qalıb. Qurçenko vəziyyətə düzəliş etməyi
bacarıb. O, həmkarına kömək edəcək dialoqu yazıb.
Ailə və karyera bir arada
Oleq
Basilaşvili 1955-ci ildə kurs yoldaşı Tatyana Doronina ilə ailə həyatı qurub.
Onlar gənc aşiqlər kimi, qarşıda uzun ailə həyatının onları gözlədiyini
düşünürdülər. Ancaq cəmi 8 il keçəndən sonra başa düşdülər ki, hisslər qurtarıb
və cütlük boşanmağı qərara aldı. Ər-arvad normal münasibətlərini qoruyub
saxladılar. Bir-birlərinə qarşı hər hansı iddiaları və inciklikləri olmadı.
Onların bu evlilikdən övladları yox idi. Basilaşvilinin valideynləri
övladlarının seçimindən razı deyildilər. Ancaq Leninqrad Teatrında Doroninanın
uğurlu karyerası bu söz-söhbətləri bir az da alovlandırdı. Aktyorun ürəyindəki
şübhələr daha da çoxaldı və günlərin birində onların nikahını dağıtdı.
Bir
neçə ildən sonra Oleq Basilaşvili onun şəxsi həyatını tamamilə dəyişən qadınla
rastlaşdı. Bu, jurnalist Qalina Mşanskaya idi. İlk iki ildə onlar vətəndaş
nikahında yaşadılar, sonra isə münasibətlərini rəsmiləşdirdilər. Bu nikahdan
aktyorun Olqa və Kseniya adlı qızları doğuldu. Cütlük birlikdə uzun illər
yaşayıb. Onlar 2011-ci ildə "Qızıl yubiley”lərini qeyd ediblər. Doğulan nəvələri
isə ailələrini daha da bütövləşdirib. Basilaşvili "kino və teatr karyeram həsəd
doğuracaq qədər uğurlu olub. Ailə xoşbəxtliyim isə mənim üçün daha önəmlidir.
Şükür ki, bunu da əldə etməyi və qoruyub saxlamağı bacarmışam. Əsas məsələ həyatda
mübariz olmaqdır” - deyir.
Rusiya
mətbuatından tərcümə etdi:
Təranə
Məhərrəmova