• cümə axşamı, 28 mart, 12:26
  • Baku Bakı 16°C

Özünü qatarın altına atdı - Borc intiharı

25.06.14 08:06 873
Özünü qatarın altına atdı - Borc intiharı
Goranboy rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Ağamalıoğlu kəndi ərazisində baş verib. Goranboy rayon sakini, 1975-ci il təvəllüdlü Faiq Musayev sözü gedən kəndin ərazisində intihar məqsədi ilə özünü qatarın altına atıb. Ağır bədən xəsarətləri alan F. Musayev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı F. Musayevin banklara xeyli miqdarda borcunun olduğu və bu səbəbdən intihara cəhd etdiyi məlum olub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır./apa/
banner

Oxşar Xəbərlər