• cümə, 29 Mart, 15:46
  • Baku Bakı 14°C

Bir gündə karantin qaydasını 3 dəfə pozdu

08.05.20 11:30 644
Bir gündə karantin qaydasını 3 dəfə pozdu
İngiltərədə koronavirusa görə karantin qaydaları tətbiq edilib.
Amma buna baxmayaraq, qaydaları pozanlar olur. Onlardan biri də "Mançester Siti”nin futbolçusu Kayl Uolkerdir. Kaspi.az xəbər verir ki, Kayl bir gün ərzində özünütəcrid qaydalarını 3 dəfə pozub.
O, mayın 6-da Prestebridəki evindən çıxaraq Roterem şəhərində yaşayan bacının yanına gedib. Onun təşkil etdiyi gecədə iştirak edib. Daha sonra isə ordan Şeffild şəhərinə üz tutaraq valideynlərinə baş çəkib.
Kayl bununla da kifayətlənməyib. Səhəri gün dostu ilə birgə veloyürüş təşkil edib. Onu da qeyd edək ki, Kayl karantin qaydasını daha əvvəl də pozmuşdu.
O, "Siti” azarkeşlərinə müraciət edərək onları evdə qalmağa səsləmişdi. Amma sonradan məlum olmuşdu ki, futbolçu evinə fahişələri dəvət edib.
banner

Oxşar Xəbərlər