Zlatan uşağa necə motivasiya verdi?
MLS-də
"Los-Anceles Qelaksi” ilə "Hyuston Dinamo” arasında keçirilən oyunda maraqlı məqam
yaşanıb.
Kaspi.az xəbər
verir ki, "Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviçin azyaşlı uşağa göstərdiyi
nəvaziş diqqəti cəlb edib. Həmin uşaq komandalar meydana çıxarkən Zlatanın əlindən
tutub.
Ancaq o, isveçli
hücumçuya etiraf edib ki, çox həyəcanlanır və inana bilmir ki, İbrahimoviçlə
yanaşı dayanıb. Zlatan ona motivasiya verərək, belə deyib: "Narahat olma, bunu
birlikdə edəcəyik. İndi isə sakitləş və hazırkı anlardan zövq al”.
"Qelaksi” 2:1
hesabı ilə qalib gəlib. Qollardan birini isə Zlatan vurub.