• cümə, 19 Aprel, 23:57
  • Baku Bakı 24°C

Ziyad Səmədzadə: “Vergilər Məcəlləsinə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub”

14.11.19 12:22 1056
Ziyad Səmədzadə: “Vergilər Məcəlləsinə 162 dəyişikliyin edilməsi nəzərdə tutulub”
"Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Z. Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə təklif edilən dəyişikliklər əhatəsinə, miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir.
Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur: "Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Həmçinin şəffaf fiskal mühitin, rəqabət mühitinin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması və digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur”.
Z. Səmədzadə vurğulayıb ki, hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir ki, bu da iqtisadiyyatda şəffaflığın təmin edilməsinə maneə törədir. Komitə sədri bildirib ki, dəyişikliklər bütün bu halların aradan qaldırılmasını nəzərdə tutur.
banner

Oxşar Xəbərlər