• cümə, 19 Aprel, 05:15
  • Baku Bakı 18°C

Ziya Selçuk Quba Soyqırımı Memorial Kompleksini və türk əsgərlərin məzarını ziyarət edib

28.05.21 14:07 364
Ziya Selçuk Quba Soyqırımı Memorial Kompleksini və türk əsgərlərin məzarını ziyarət edib
Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Qubaya səfər edib.
APA-nın şimal bürosunun xəbərinə görə, nümayəndə heyəti Qubanın İqrıq kənd qəbiristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllülərindən olan iki əsgərin məzarını və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Qonaqlara Memorial Komplekslə tanışlıq zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.
Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində yarandığı müəyyən edilib

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.
Qonaqlar həmçinin Quba şəhərində yeni salınan Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə də tanış olublar.
Qubaya səfər çərçivəsində Təhsil Nazirliyinin tabeliyindəki Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika liseyinin qonağı olan nümayəndə heyəti liseyin nəzdində yaradılan STEAM mərkəzinin açılışında iştirak edib.
banner

Oxşar Xəbərlər