• cümə, 29 Mart, 19:51
  • Baku Bakı 14°C

Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

19.01.19 16:52 588
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanın Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 19-da başa çatıb.
AZƏRTACxəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqvanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.
banner

Oxşar Xəbərlər