• cümə, 19 Aprel, 15:15
  • Baku Bakı 25°C

Özili “işə salmağın” yolunu göstərdi

21.01.19 16:40 673
Özili  “işə salmağın” yolunu göstərdi
Joze Mourinyo "Arsenal”ın baş məşqçisi Unai Emeriyə məsləhət verib.
Kaspi.az xəbər verir ki, Joze həmkarına Məsut Özillə bağlı tövsiyə edib. O, Məsutun yaxşı oynaması üçün onunla münasibətdə balansın qorunmasının vacib olduğunu deyib:
"Özil mənim rəhbərliyim altında əla oynayırdı. Özil elə bir futbolçudur ki, onun sakitləşməyə və köklənməyə ehtiyacı olur.
Gər siz onunla yumşaq davranacaqsınızsa, onda o, meydanda aqressiv olmayacaq. Çünki Məsut təbiətcə fiziki cəhətdən möhkəm və aqressiv birisi deyil.
Ancaq siz onunla tamamilə sərt də davrana bilməzsiniz. Bir qədər qayğı və sevgi də lazımdır. Bir sözlə, onunla münasibətdə düzgün balansı tapmaq vacibdir”.
banner

Oxşar Xəbərlər