• cümə, 29 Mart, 13:01
  • Baku Bakı 14°C

Özil onunla danışmaq istəmir

10.12.18 12:15 557
Özil onunla danışmaq istəmir
"Arsenal”ın futbolçusu Məsut Özil almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə danışmaq istəmir.
Kaspi.az xəbər verir ki, Löv Məsutun yığmadan gedişi işlə bağlı onunl söhbət etmək istəsə də, buna nail ola bilməyib. Löv bildirib ki, Məsut onlarla danışmaq istəmir:
"Mən "arsenal”ın bazasına baş çəkərkən, Məsut orda yox idi. Onunla danışmaq istəyim alınmır. Belə çıxır ki, o, bizimlə söhbət etmək istəmir.
Səbəbini isə bilmirəm. Düzünü deyəcəyəm, Məsut yığmadan getməklə bağlı qərar verəndə məni məlumatlandırmamışdı. Buna görə bərk məyus olmuşdum.
Mən istəyirdim ki, hər şey başqa cür olsun. Bir halda ki, Özil belə olmasını istəyir, qoy belə də olsun”.
Öziul DÇ-2018-dən sonra Almaniya yığmasında karyerasını bitirdiyini bildirib.
banner

Oxşar Xəbərlər