• cümə, 19 Aprel, 05:34
  • Baku Bakı 18°C

Zöhrab Mnatsakyan Miroslav Layçakla görüşüb

18.02.19 10:30 385
Zöhrab Mnatsakyan Miroslav Layçakla görüşüb
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın xarici işlər naziriZöhrab MnatsakyanSlovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədriMiroslav Layçakla görüşüb.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ErmənistanınXarici İşlər Nazirliyinin saytı məlumat yayıb.
Tərəfin görüşün gedişatında Slovakiya ilə Ermənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Görüşdə həmçinin ATƏT-in Minsk qrupu çərçivəsindəDağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına toxunulub.
Daha əvvəl ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, beynəlxalq təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardanyararlanacaq.
banner

Oxşar Xəbərlər