• cümə, 29 Mart, 11:21
  • Baku Bakı 5°C

"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib

27.01.18 23:30 533
"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib
"Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu məhv edilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilir.
"Şənbə günü Suriyanın Afrin rayonunda "Zeytun budağı" əməliyyatı çərçivəsində ən azı iki türk hərbi qulluqçusu həlak olub, daha 11-i isə yaralanıb", deyə bəyanatda bildirilir.

Qərargah qeyd edir ki, əməliyyat çərçivəsində 447 terrorçu öldürülüb, Türkiyə HHQ-nin 22 təyyarəsi 42 hədəfi məhv edib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

banner

Oxşar Xəbərlər