AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Zərif:

Zərif: "İran Fars körfəzində təhlükəsizlik və neft satışı məsələsində ABŞ-la əməkdaşlığa hazırdır"

Təfsilat
24 Yanvar 2021, 09:30 165
Rəsmi Tehran Fars körfəzində təhlükəsizlik və neft satışı məsələlərində ABŞ-la əməkdaşlıq edə bilər.
APA TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
"Fars körfəzinin təhlükəsizliyinin təmin olunması məsələsində olduğu kimi, neft məsələsində də sizinlə (ABŞ) əməkdaşlıq etməkdə heç bir problem görmürük”, - deyə "Etemad” qəzeti nazirdən sitat gətirib.

Bununla yanaşı, Zərif öz çıxışında əlavə edib ki, "Fars körfəzində xaricilərin mövcudluğu təhlükəsizliyə əngəl törədir və ABŞ oranı tərk etməlidir”.
Zərif bildirib ki, bu onun şəxsi fikridir və "dövlətin mövqeyini əks etdirmir”: "ABŞ-la qarşılıqlı münasibətlərin son mənzərəsini müəyyənləşdirməliyik”.
İranlı nazirin sözlərinə görə, "Tehran İsrail problemi və hegemonluq mövzusunda Vaşinqtonla əməkdaşlıq etməyəcək”: "Amerikalıların daxili işlərimizə qarışmasına icazə verməyəcəyik”.