• cümə, 26 Aprel, 12:06
  • Baku Bakı 23°C

Zəncəfilin koronavirusa təsiri varmı?

29.03.20 21:30 486
Zəncəfilin koronavirusa təsiri varmı?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev zəncəfilin koronavirusa qarşı müsbət təsirinin olması məsələsinəaydınlıq gətirib.
O "Report”a açıqlamasında bildirib ki, nə sarımsağın, nə soğanın, nə də zəncəfilin bu virusa qarşı müalicəvi təsiri yoxdur.
C.İsayev qeyd edib ki, adlarını sadaladığı məhsullar sadəcə insan orqanizminin immun sisteminin güclənməsinə kömək edir: "Zəncəfilin, sarımsağın, soğanıntərkibində çoxlu mikroelementlər, müxtəlif bioloji aktiv maddələr var. Bu kimi məhsulların koronavirusa qarşı təsirinin olması ancaq tədqiqat işinin nəticəsidir. Bu gün də həmin təsir barədə heç bir məlumat yoxdur”.
Mütəxəssis immun sisteminin güclü olması üçün zəncəfilli çay içməyi tövsiyə edir: "Mən özüm də zəncəfilli çay içirəm. Keçi buynuzunun, kəklikotunun dəmləməsi də xeyirlidir. Gün ərzində2-3dəfə bu dəmləmələrdən içmək məqsədəuyğundur”.
Qeyd edək ki, hazırda ölkədə zəncəfilin 1 kq-nın satış qiyməti20-50manat civarında dəyişir. Ötən həftə ölkənin bir sıra mağazalarında 1 kq zəncəfilin satış qiyməti9-11manat arası dəyişirdi.
banner

Oxşar Xəbərlər