AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Zelenskinin mətbuat katibi: “Ukrayna Donbassa hücum etməyəcək”

Zelenskinin mətbuat katibi: “Ukrayna Donbassa hücum etməyəcək”

Təfsilat
12 Aprel 2021, 14:15 788

Ukrayna Donbassda hücuma başlamağı planlaşdırmır.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin mətbuat katibi Yuliya Mendel "Dom” telekanalının efirində bildirib.
O bildirib ki, Ukrayna öz ərazisinə hücum edə və öz əhalisi ilə vuruşa bilməz.

Mətbuat katibinin sözlərinə görə, yalnız danışıqlar yolu ilə sülhə nail olmaq mümkündür ki, bununla bağlı da Kiyevdə möhkəm əminlik var.
Yuliya Mendel qeyd edib ki, "Normand formatı” çərçivəsində, bütün mümkün diplomatik vasitələrdən istifadə etməklə sülhə doğru irəliləyəcəklər.