Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
Özbəkistanın
Xorezm vilayətində keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində
Vilayətin mərkəzi şəhəri Urgəncdə Gənclər ittifaqının akt zalında Azərbaycan
milli rəqslərinin təqdimatı keçirilib.
Tədbir
Özbəkistanın Xorezm vilayətində keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı
günləri” çərçivəsində reallaşdırılmışdır.
Tədbirdə
Xarəzm vilayətinin mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssisləri, müəllim və
tələbələr, hakimiyyət nümayəndələri, gənclər,
jurnalistlər iştirak ediblər. İlk öncə
Xorezm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev Azərbaycanla
münasibətlər, Azərbaycan mədəniyyətinin vizit kartı olan milli rəqslərimiz barədə
çıxış edərək, xarəzm vilayətinin də zəngin rəqs ənənələrinin olduğunu qeyd
edib. Natiq bu yaxınlarda Vilayətdə təşkil olunan "Rəqsin sehri” adlı Beynəlxalq
rəqs festivalında da Fikrət Əmirov adına Azərbaycan Dövlət Rəqs və mahnı
Ansamblının qran-pri mükafatına layiq görülməsi ölkəmizin rəqs sənətinin zəngin
və unikal olduğunu sübut etdiyini qeyd edib. Azərbaycan xalqının yaratdığı rəqslərin uzun əsrlər boyu öz rəngarəngliyi
və coşğunluğu ilə insanı valeh etdiyini söyləyən Şavkat Yaxşıbayev Özbəkistanda milli rəqslərimizə böyük maraq və
sevgi olduğunu vurğulayıb.
Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad
Zeynalov ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, xalqımızın zəngin mənəvi sərvəti olan rəqslərimizin
sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşdığını, onun incəsənətinin təkrarsızlığını
nümayiş etdiridyini bildirib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzinin nəzdində rəqs dərnəyinin yaradıldığını və bu dərnəkdə
yüzlərlə uşaq, yeniyetmələrin milli rəqslərimizin sirlərini öyrədildiyini qeyd
edib. O, Azərbaycanmillirəqslərininxariciölkələrdə
təbliği, bu istiqamətdə Heydər ƏliyevFondunun layihələri barədə məlumat
verib.
Azərbaycan
Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəyi və Azərbaycan qızları rəqs
ansamblının rəhbəri Kaykep Aliyeva həmahəngliyi,
zərifliyi və dəqiqliyi, şuxluğu ilə insanlara böyük mənəvi zövq yaşadan milli rəqslərimiz
haqqında danışıb. Azərbaycan və Özbəkistanın Əməkdar Artisti Kaykep
Aliyeva "Uzundərə”, "Nəlbəki”, "Köçəri”, "Yallı” və başqa rəqslərimizin özünəməxsusluğu,
onların xalqımızın
məişət həyatı, adət-ənənələri, mədəni zənginliyini özündə əks etdirdiyini söyləyib.
Daha
sonra praktiki olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan
qızları” rəqs ansamblı Azərbaycan milli rəqslərini təqdim edib.
Ansamblın ifasında " Azərbaycan süitası”, "Uzundərə”, ” Nəlbəki”, "Aman Tello”,
"Mirzeyi” kimi milli rəqslərimiz ifa olunub.
Azərbaycan rəqsləri
iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.
Qeyd edək
ki, bununla əlaqədar Mərkəzin zalında
"Milli rəqslərimiz xalqımızın mədəni sərvətidir” adlı fotosərgi də nümayiş
olunub.