• cümə axşamı, 28 mart, 15:11
  • Baku Bakı 16°C

Özbəkistanda parlament seçkilərinə start verilib

21.09.19 11:45 446
Özbəkistanda parlament seçkilərinə start verilib
Özbəkistan Ali Məclisinə və yerli sovetlərə seçkilərə start verilib və seçkiqabağı kompaniya başlanıb.
AZƏRTACxəbər verir ki, bunu Daşkənddə keçirilən brifinqdə Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdisalamov bildirib. O deyib ki, seçkilər 2019-cu il dekabrın 22-nə təyin olunub. Özbəkistanda seçki hüququ olan 20 milyon vətəndaş var, 2 milyon gənc isə birinci dəfə səs verəcək.
Komissiya sədri diqqətə çatdırıb ki, Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak edəcək. Bunlar "Milli dirçəliş” Demokratik Partiyası, Xalq Demokratik Partiyası, Özbəkistan Liberal Demokrat Partiyası, "Ədalət” Sosial-Demokrat Partiyası və Özbəkistan Ekoloji Partiyasıdır.
banner

Oxşar Xəbərlər