• cümə axşamı, 25 aprel, 16:25
  • Baku Bakı 23°C

Özbəkistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir

12.07.20 18:15 597
Özbəkistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir
Özbəkistanda koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Son sutka ərzində ölkədə COVID-19-a yoluxanların sayı 500-ə çatıb və hazırda belə xəstələrin sayı 12 min 706-dır.
AZƏRTACÖzbəkistan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, virusdan ölənlərin sayı 58 nəfərə çatıb. Hazırda müalicədə 4925 xəstə var, onların 52-nin vəziyyəti ağırdır.
Xatırladırıq ki, ölkədə virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar iyulun 10-dan avqustun 1-dək karantin rejimi yenidən gücləndirilib, yaşı 65-dən yuxarı olan adamlar özünütəcrid rejiminə keçirilib.
Bu müddətdə Özbəkistanın şəhərlərində və regionlar arasında nəqliyyatın hərəkəti yenidən məhdudlaşdırılıb, toy və digər ailə şənliklərinin keçirilməsi qadağan olunub.

banner

Oxşar Xəbərlər