• cümə, 19 Aprel, 09:07
  • Baku Bakı 13°C

Özbəkistanda Azərbaycanın turizm potensialı dair təqdimat keçirilib

20.02.19 10:52 475
Özbəkistanda Azərbaycanın turizm potensialı dair təqdimat keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən tədbir Daşkənddəki "Sultan Süleyman” biznes və istirahət mərkəzində təşkil edilib.
Təqdimat mərasimdə Azərbaycanın Naftalan sanatoriyları, "Qalaaltı”, "Vest Şayn” otelləri, "Rayda Travel” Turizm Şirkəti öz imkanları və müxtəlif turpaketləri təqdim ediblər.
Mərasimdə Özbəkistanda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə salonda son illər Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə milli mədəniyyətimizə, turizm sahəsinə dair çap edilən kitablar, Azərbaycanın və onun Qarabağ diyarının milli qadın və kişi geyimlərini, milli suvenirləri, musiqi alətləri, xalçalarımızdan ibarət Azərbaycan stendi ilə tanış olublar. Azərbaycanın görməli yerləri, turizm imkanları, habelə xalqımızın dövlətçilik tarixini özündə əks etdirən fotosərgi qonaqlara təqdim edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ölkəmizdə son illərdə turizm sahəsinin inkişafı, bu istiqamətdə həyata keçirilən nəhəng infrastruktur layihələri, Azərbaycana gələn turistlər üçün yaradılan şərait, "ASAN VİZA” sisteminin tətbiqi və s. barədə məlumat verib.
Diplomat çıxışında Azərbaycanda turizmin inkişafı ilə bağlı Dövlət Proqramının imzalandığını, ölkənin paytaxtı ilə yanaşı, regionlarında müasir tələblərə cavab verən turizm mərkəzlərinin yaradıldığını qeyd edib. O, statistik rəqəmlərə isnad edərək, ötən il Azərbaycana 2 milyon 850 min turistin gəldiyini və onların ölkəmizdə 2 milyard dollar həcmində vəsait xərclədiyini bildirib.
S.Abbasov qeyd ki, Azərbaycan Mədəniyyət Mərkəzi son beş ildə Özbəkistandan Azərbaycana turistlərin cəlb olunması istiqamətində iş aparır və aparılan təbliğat öz uğurlu nəticəsini verir. Özbək turistlərin Azərbaycanın paytaxtı Bakıya alış-veriş üçün, Naftalan və digər sanatoriyalara isə müalicə və istirahət üçün maraq göstərdiklərini qeyd edib.
Sonra "Rayda Travel” turizm şirkətinin inkişaf üzrə direktoru Veronika Lyubçenko, "Qalaaltı” otelinin satış üzrə direktoru Fəxri Qafarlı, "Vest Şayn” otelinin satış üzrə direktoru Azər Hacıyev və Naftalan otellərinin satış üzrə direktoru Mirağa Seyidov videogörüntü vasitəsi ilə təmsil olunduqları turizm şirkətləri, otellər və onların təqdim etdikləri xidmətlər, turpaketləri təqdim ediblər.
Təqdimat çərçivəsində Azərbaycan mövzusunda viktorina keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı və ölkəmizin turizm imkanlarına həsr olunmuş video-çarx nümayiş etdirilib və milli rəqslərimiz, milli musiqimizə dair xüsusi proqram təqdim olunub.
Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa edib, musiqiçi İlham Abdullayev saz havalarını ifa edib, müğənni Xursənd Şerov isə Azərbaycan və SSRİ Xalq Artisti Müslüm Maqomayevin ölməz əsərlərini səsləndirib.


banner

Oxşar Xəbərlər