AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Özbəkistan və Azərbaycan beynəlxalq avtomobil daşımaları sahəsində yeni hökumətlərarası sazişin layihəsini hazırlayır

Özbəkistan və Azərbaycan beynəlxalq avtomobil daşımaları sahəsində yeni hökumətlərarası sazişin layihəsini hazırlayır

İqtisadiyyat
30 İyul 2021, 10:20 152
Özbəkistan və Azərbaycan beynəlxalq avtomobil daşımaları sahəsində yeni hökumətlərarası sazişin layihəsini hazırlayır.
Bunu Trend-ə Özbəkistan Nəqliyyat Nazirliyinin Nəqliyyat dəhlizləri, logistika və tranzitin inkişafı idarəsinin rəisi Bekzod Xolmatov deyib.
O bildirib ki, iki ölkə arasındakı əvvəlki sazişin müddəti bitib və bununla əlaqədar olaraq yeni sazişin layihəsi hazırlanır. Bu sazişdə daşıyıcıların yol rüsumlarından azad edlməsi nəzərdə tutulub. Nazirlik rəsmisi qeyd edib ki, saziş hazırda Azərbaycan tərəfindən nəzərdən keçirilir
Onun sözlərinə görə, statistikaya əsasən, 2020-ci ildə pandemiyaya baxmayaraq Özbəkistanla Azərbaycan arasında yük daşımalarının həcmi 6 faiz artıb. Amma bu ilin ilk altı ayı ərzində azalma tendensiyası müşahidə olunub: "Bu dəyişiklin səbəblərindən biri Azərbaycan ərazisi ilə hərəkət etmək hüququ verən yeni beynəlxalq avtomobil daşımaları üzrə saziş layihəsinin müzakirələri davam edir".
B.Xolmatov, həmçinin bildirib ki, Özbəkisanla Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları Dəmir Yolları Əməkdaşlq Təşkilatı çərçivəsind həyata keçirilir. 2020-ci ildə ölkələr arasında dəmiryol yük daşımaları 30 faiz artıb. Azərbaycan yüklərinin Özbəkistan ərazisi ilə tranziti iki dəfəyə yaxın artıb.
B.Xolmatovun sözlərinə görə, bundan başqa, TRACECA layihəsi çərçivəsində Özbəkistanla Azərbaycan arasında daşımaları təkmilləşdirməyə imkan verən sənədlər paketi hazırlanır:
"Bu sənədlərdən biri icazə blankıdır. Bu blanklar yükləri bir neçə dövlətin ərazisində ləngimə və dayanma olmadan daşımaq hüququ verir. Bundan başqa, bütün bu prosedurları elektron formata keçirmək və bu prosesləri sürətləndirmək və sadələşdirmək nəzərdə. Hazırda biz bu istiqamətdə fəal işləyirik".
Nazirlik rəsmisi Azərbaycanın "Mərkəzi və Cənubi Asiya: regional əməkdaşlıq. Çağırışlar və imkanlar" beynəlxalq konfransı çərçivəsində rolunu yüksək qiymətləndirib:
"Konfransın Mərkəzi və Cənubi Asiyanın regional əməkdaşlığına həsr olunmasına baxmayaraq, biz Şərq və Qərbi də unutmamalıyıq. Özbəkistan həm də beştərəfli saziş çərçivəsində fəal danışıqlar aparır. Bu ilin yanvarında Qırğızıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Özbəkistan yük daşımalarına 50 faizdən 70 faizədək tarif güzəştlərinin tətbiq olunması barədə protokol imzalayıb. Bu sənəd dəmir you ilə yük daşımalarının artırılmasına imkan yaradır. Ötən il Azərbaycan vasitəsilə Türkiyəyə 30 min tondan çox yük daşınıb. Bu istiqamətdə bizim üçün Türkiyə və Çinin qoşulması çox vacibdir. Əgər onlar marşruta qoşulsa, Çindən Türkiyə və Avropaya kimi tammiqyaslı nəqliyyat dəhlizi formalaşır. Biz bu dəhlizin Qərbə çıxışı Azərbaycansız görmürük. Trans-Xəzər nəqliyyat dəhlizi istiqamətində Azərbaycanın rolu bizim üçün çox vacibdir".