AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Özbəkistan Əfqanıstanda inklüziv hökumətin qurulmasına tərəfdardır

Özbəkistan Əfqanıstanda inklüziv hökumətin qurulmasına tərəfdardır

Təfsilat
23 Oktyabr 2021, 14:00 120
"Hazırda rəsmi Daşkənd Əfqanıstandakı müvəqqəti hökumətin tanınması məsələsini nəzərdən keçirmir, bu məsələ gündəlikdə yoxdur".
"Report”un Daşkəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistanın xarici işlər nazirinin müavini Furkat Siddikov Daşkənddə keçirilən "Mərkəzi Asiyada mehriban qonşuluq münasibətlərinin qurulması: Özbəkistanın praqmatik xarici siyasəti” adlı ekspert platforması çərçivəsində çıxışı zamanı bildirib.
"Hazırda Özbəkistanın Əfqanıstandakı müvəqqəti hökuməti tanıması məsələsi nəzərdən keçirilmir”, - Siddikov deyib.
Onun sözlərinə görə, hazırda Özbəkistan daha çox Əfqanıstandakı humanitar məsələlərlə məşğuldur.
"Ümumiyyətlə, biz Əfqanıstanda inklüziv hökumətin qurulmasına tərəfdarıq”, - nazir müavini deyib.