• cümə axşamı, 18 aprel, 09:01
  • Baku Bakı 12°C

Zaqatalada kişini avtomobil vuraraq öldürüb

19.07.20 09:45 799
Zaqatalada kişini avtomobil vuraraq öldürüb
Zaqatalanın Çobankol kəndində axşam saat 21:30-da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Çobankol kənd sakini, 1976-cı il təvəllüdlü Şaban Murtuzəli oğlu Atayev "VAZ 21015” markalı minik avtomobili tərəfindən vurulub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş.Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səyinə baxmayaraq, Ş.Atayev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
banner

Oxşar Xəbərlər