• çərşənbə axşamı, 16 aprel, 14:26
  • Baku Bakı 19°C

“Zapravka”ya basqın edən dəstə zərərsizləşdirildi

25.06.14 10:25 880
“Zapravka”ya basqın edən dəstə zərərsizləşdirildi
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 24-də paytaxtın Suraxanı rayonu ərazisində “LUKoil” yanacaqdoldurma məntəqəsinə basqın edərək oradan külli miqdarda pul və digər əşyalar oğurlayan 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri iyunun 25-də Suraxanı Rayon Polis İdarəsi və 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs ediliblər.
Onlardan maddi sübut kimi yanacaqdoldurma məntəqəsindən oğurlanan monitor və xüsusi geyim vasitələri götürülüb. Həbs edilən dəstənin üzvləri haqqından əlavə məlumat veriləcək.
Qeyd edək ki, məlum hadisə iyunun 24-ü saat 04.15 radələrində Qaraçuxur qəsəbəsində baş verib. Operatorların otağına daxil olan dörd nəfər maskalı silahlı şəxs kastetlə orada işləyən 26 yaşlı Elvin Kərimova başından xəsarətlər yetiriblər, 21 yaşlı Röyal İsmayılovu isə dəmir parçası ilə zərbələr endiriblər. Bundan sonra maskalı şəxslər onların əl-qolunu “skotç”la bağlayıblar.
Basqın nəticəsində 6 nömrəli “LUKoil” yanacaqdoldurma məntəqəsindən 5 min manatdan çox pul və videomüşahidə sisteminin bloku oğurlanıb. Ağır xəsarətlər almış E.Kərimov xəstəxanaya yerləşdirilib.
banner

Oxşar Xəbərlər