• cümə, 29 Mart, 13:29
  • Baku Bakı 14°C

Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib

13.08.17 11:21 978
Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib
Avqustun 12-də Moskva şəhərində səfərdə olan müdafiə naziriZakir HəsənovAlabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.
Rusiya müdafiə naziriSergey Şoyquvə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan "Dostluq Evi”nə gəliblər. Burada onlar Z. Həsənov ilə görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olub. "Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.
Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri "Dəniz kuboku”, "Tank biatlonu”, "Səhra mətbəxi”, "Snayper həddi” və "Artilleriya atəşinin ustaları” müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.
banner

Oxşar Xəbərlər