Zakir Həsənov BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb
Azərbaycanın müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) müdafiə məsələləri üzrə dövlət naziri ilə görüşüb.
Görüşdə maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, BƏƏ-nin Əbu-Dabi şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əlbavardi Əl Flasi ilə görüşüb.
Görüşdə maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.