• çərşənbə, 24 Aprel, 04:50
  • Baku Bakı 14°C

Yüzlərlə ailəyə bəxş edilən sevinc

18.03.19 14:45 438
Yüzlərlə ailəyə bəxş edilən sevinc
Azərbaycan Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında imzaladığı sərəncam ölkə vətəndaşlarına göstərilən yüksək diqqətin sübutu, humanizmin bariz göstəricisidir.
Bu sözləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə martın 16-da imzaladığı əfv sərəncamı 431 nəfərə şamil edilib, onlardan 399-u azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad olunub. Eyni zamanda, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası müddətli azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib:
"Sərəncam Cinayət Məcəlləsinin demək olar ki, bütün maddələri üzrə məhkum olunan şəxsləri əhatə edib. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar dövlətimizin başçısının fəaliyyətinin ədalət, humanizm və mərhəmət prinsiplərinə əsaslandığının təzahürüdür”.
Təşkilatın sədr müavini deyib ki, sərəncam Azərbaycanın hüquqi demokratik və humanist dəyərlərə sadiq dövlət olduğunu təsdiqlədi: "Respublika Veteranlar Təşkilatı Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirir. Respublika veteranları imzalanan əfv Sərəncamını yüksək qiymətləndirir və inanır ki, əfv olunanlar Azərbaycan cəmiyyətinə layiqincə inteqrasiya olunacaq, dövlətimizin tərəqqisi naminə əllərindən gələni əsirgəməyəcəklər".
Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Əfv sərəncamı, o cümlədən, 14 xarici vətəndaşa şamil olunub.
banner

Oxşar Xəbərlər