Yuxuda özümü hörüklərlə Leyli obrazında görürdüm
– Muğam həyatınıza necə daxil oldu?
– Məndən öncə qardaşım Murad Rzayevin "Qarabağ bülbülləri” ansamblında oxuyurdu. Amma o sonradan bu sənətin arxasınca getmədi. Mən isə evdə hərdən özüm üçün oxuyurdum. Bir gün qardaşım məni rayonumuzdakı "Pionerlər evi” nə apardı. Murad müəllim pianoda "Qarabağ şikəstəsi”ni ifa etdi, mən də oxudum. O gördü ki, uşaq səsi də olsa bu səsdə nəsə var. Çünki müəyyən yaş həddində səs dəyişir. Xeyir-duamı da o vaxt elə Murad müəllim verdi. "Pionerlər evi”ndə "Qarabağ bülbülləri”ndə oxudum. Bakıda, rayonlarda, Moskvada konsertlərdə hər zaman öndə çıxış edirdim. Həmin heyətin tərkibində Şövkət Ələkbərova, Arif Babayev, Vasif Adıgözəlov kimi sənətkarlarımız bir-bir rayonlarımızı gəzib gənc istedadları seçirdilər. Mən Ağdam rayonunda səhnəyə çıxdım. Məni üç il dalbadal Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul etdilər. Üçüncü il mən Ağdamda səhnəyə çıxanda Vasif Adıgözəlov dedi: "Ay qızım, bir dəqiqə dayan, oxuma. Sən hər il çıxıb qarşımızda oxuyursan, amma təhsil almaq üçün Bakıya gəlmirsən. Özün gəlmirsən, yoxsa evdən qoymurlar?” Dedim ki, evdən qoyurlar, Allah qoysa, gələrəm. Sonra Arif Babayev rayonda bizimlə qonşu olduğunu və tədbirdən sonra valideynlərimlə danışmaq üçün evimizə gələcəyini söylədi. Elə həmin il də Bakıya gəldim. Artıq məni Bülbцl adına orta ixtisas məktəbinə deyil, Asəf Zeynallı adına musiqi kollecinə qəbul etdilər və mən Şövkət Ələkbərovanın tələbəsi oldum. İlk dəfə səhnəyə "Qarabağ şikəstəsi” ilə çıxmışam.
Söhbətləşdi: İntizar İsmayıl
– Məndən öncə qardaşım Murad Rzayevin "Qarabağ bülbülləri” ansamblında oxuyurdu. Amma o sonradan bu sənətin arxasınca getmədi. Mən isə evdə hərdən özüm üçün oxuyurdum. Bir gün qardaşım məni rayonumuzdakı "Pionerlər evi” nə apardı. Murad müəllim pianoda "Qarabağ şikəstəsi”ni ifa etdi, mən də oxudum. O gördü ki, uşaq səsi də olsa bu səsdə nəsə var. Çünki müəyyən yaş həddində səs dəyişir. Xeyir-duamı da o vaxt elə Murad müəllim verdi. "Pionerlər evi”ndə "Qarabağ bülbülləri”ndə oxudum. Bakıda, rayonlarda, Moskvada konsertlərdə hər zaman öndə çıxış edirdim. Həmin heyətin tərkibində Şövkət Ələkbərova, Arif Babayev, Vasif Adıgözəlov kimi sənətkarlarımız bir-bir rayonlarımızı gəzib gənc istedadları seçirdilər. Mən Ağdam rayonunda səhnəyə çıxdım. Məni üç il dalbadal Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul etdilər. Üçüncü il mən Ağdamda səhnəyə çıxanda Vasif Adıgözəlov dedi: "Ay qızım, bir dəqiqə dayan, oxuma. Sən hər il çıxıb qarşımızda oxuyursan, amma təhsil almaq üçün Bakıya gəlmirsən. Özün gəlmirsən, yoxsa evdən qoymurlar?” Dedim ki, evdən qoyurlar, Allah qoysa, gələrəm. Sonra Arif Babayev rayonda bizimlə qonşu olduğunu və tədbirdən sonra valideynlərimlə danışmaq üçün evimizə gələcəyini söylədi. Elə həmin il də Bakıya gəldim. Artıq məni Bülbцl adına orta ixtisas məktəbinə deyil, Asəf Zeynallı adına musiqi kollecinə qəbul etdilər və mən Şövkət Ələkbərovanın tələbəsi oldum. İlk dəfə səhnəyə "Qarabağ şikəstəsi” ilə çıxmışam.
– Bir xanəndə kimi yetişməyinizdə, uğur qazanmağınızda hansı müəlliminizin
əməyi daha çoxdur?
– İlk addımlarımı
Murad Rzayevin sinfində atmışam. Məktəb illərində onun üzərimdəki zəhməti çox
olub. Sonra Şövkət Ələkbərova dörd il əziyyətimi çəkib. Daha sonra Musiqi
Akademiyasında Arif Babayevin tələbəsi olmuşam, ondan dərs almışam. Qarşıma belə
insanlar çıxdığına görə çox xoşbəxtəm. Onların zəhmətini heç vaxt unutmaram. Heç
birini də bir-birindən ayırmıram. Hamısının da əziyyəti üzərimdə böyükdür.
– Uzun illər opera səhnəsində
"Leyli” obrazının ifaçısı olmusuz. Bu gün isə həmin səhnədən
uzaqlaşmısınız. Opera üçün darıxırsınızmı?
–
"Asəf Zeynallı”da təhsil aldığım illərdə "Muğam teatrı” yaradılmışdı. Bu teatrı
Arif Qazıyev, Ramiz Mirişli və İslam Rzayev üçü birlikdə yaratmışdılar. O zaman
Şövkət xanım mənə dedi ki, qızım, "Muğam teatrı” yaradılıb, məndən də istedadlı
tələbələr istəyiblər, sən bir ora get. Onda bir az kapriz etdim, getmədim.
Sonra Şövkət xanım bir gün dərsdə mənə dedi ki, axı mən sənə söz tapşırmışdım
(gülür). Dedim, Şövkət xanım, mütləq gedəcəyəm. O teatra gedəndə İslam Rzayev
dedi ki, Aygünün oxumağına ehtiyac yoxdur. Mən bu qızı tanıyıram. Onu biz seçib
gətirmişik, amma ürəyi istəyirsə, bir şey oxusun. Mən də oxudum. Və beləcə "Muğam teatrı”nda fəaliyyətə başladım.
Teatrda işlədiyim dövrdən məni operaya dəvət edirdilər. Sadəcə mən istəyirdim
ki, bu sənətdə bir az püxtələşim. Çünki opera fərqli səhnədir. Bir var üçlüklə
– tar, kamança ilə, xalq çalğı alətləri ansamblı ilə çıxış edəsən, bir də var
ki, sən Opera teatrında çıxış edəsən! Opera teatrında həm aktrisa olmalısan,
obrazı yaratmalısan, həm də ifaçı olmalısan. Çox çətindir. Bu səbəbdən də o
zaman gələn təklifləri bir az gec qəbul etdim. Konservatoriyada təhsil alanda
Arif müəllim mənə deyirdi ki, qızım, səsin, bacarığın, xarici görünüşün buna
imkan verir. Sən əsl «operalıq»san.
Mənə söz ver ki, operaya gedəcəksən. Mən də, – yaxşı, Arif müəllim, o səhnələrə,
tamaşalara baxım görüm öhdəsindən gələ bilərəmmi? – deyirdim. Məni operaya qəbul edəndə dedilər ki, sən bu
rola hazırlaş, nə vaxt hazır oldun, onda da biz premyeranı elan edərik. Yeddi
ay "Leyli” obrazı üzərində məşq etdim. Yuxuda özümü hörüklərlə Leyli obrazında görürdüm. Baş rejissorumuz
Hafiz Quliyevin, sağ olsun, üzərimdə çox böyük zəhməti oldu. Bilirsiniz, məni
xalq ifaçı kimi qəbul etmişdilər. Mən belə tanınırdım, sevilirdim. Ona görə də düşünürdüm ki, görəsən, bu
obrazla məni sevəcəklərmi? O məsuliyyəti hiss etdiyimə görə "Leyli”ni yaratmaq
üçün gecəmi gündüzümə qatdım. Mənsum İbrahimov, musiqiçilər Elçin Həşimov, Elnur
Əhmədov mənə çox dəstək oldular. Əsas premyera üçüncü tamaşa hesab olunur.
Üçüncü tamaşada sən özünü az da olsa tapa bilirsən. Çünki çətin səhnədir,
orkestr, xor, solistlər çox fərqlidir. Səhnədə mikrofondan istifadə olunmur. Elə
yerdə dayanmalısan ki, səsin axırıncı cərgədə oturan tamaşaçıya da çatsın.
Bunlar da müəyyən təcrübədən, səhnəyə alışdıqdan sonra olur. Operada səhnəyə
çıxanda otuz yaşımı keçmişdim. Deyilənə görə, Leylinin 13 yaşı olub. O yaşda
bir ifaçı o hissləri verə bilməz. İlk tamaşam anşlaqla keçdi. Tamaşaçılar da,
opera teatrı da məni qəbul etdi. "Leyli”ni oynamaq istəyən ifaçılar olub,
onlara şərait yaradılıb, amma bacarmayıblar. Və təbii ki, işə də qəbul
olunmayıblar. Amma məni elə ilk ifamdan sonra operaya qəbul etdilər. Artıq dörd
ildir ki, operadan ayrılmışam. Bu gün də operada işləməyə səsim və xarici görkəmim
imkan verir. Amma müəyyən səbəblər üzündən operada işləmək istəmirəm. O səbəblər
də Opera teatrına aiddir. – Bəzən ifa zamanı tamaşaçını görəndə mənfi enerji alırsan, bütün
tamaşaçılarda müsbət enerji ola bilməz, deyirsiniz. İfanızı tamaşaçıya təqdim
edərkən çətinlikmi
çəkirininiz?
– Belə hallar operada
olmur. Çünki, obrazda olursan. Heç imkan da olmur ki, kiminsə simasını, gözünü
görəsən. Konsert salonlarında bəzən elə tamaşaçı olur, adama elə bir pis enerji
ötürür ki, o adama tərəf baxmaq istəmirsən. Belə pis auralı, mənfi enerjili
insanlar da var. Mən onlara qətiyyən fikir vermirəm. Peşəkar ifaçı gərək o məqamlara
əhəmiyyət verməsin, öz ifasını davam etdirsin. Sənət adamları arasında da belə
insanlar var. – Muğam ifaçılığının bugünkü mənzərəsini necə görürsünüz?
– Muğam müsabiqələrindən
sənətə yaxşı ifaçılar gəlir. Amma bir çoxları öz üzərində işləmirlər. Hamısına
aid deyil, amma əksəriyyəti pulun arxasınca qaçır. Onlar gəncdirlər. Bilmirlər
ki, səslərindən toylarda, şənliklərdə belə çox istifadə etsələr, müəyyən bir
yaşa gələndə artıq onu itirəcək, axtarsalar da tapmayacaqlar. Bizim dövrümüzdə
təhsil alan gənclərin amalı sənətə xidmət etmək di. Mənə o vaxtlar hansısa məclisə
dəvət edəndə, deyirdim ki, mən hələ öyrənirəm. Toya da getmək lazımdır, amma hər
toyun arxasınca qaçmaq olmaz. Gərək səsini qoruyasan. Cabbar Qaryağdıoğlu,
Seyid Şuşinski, Xan Şuşinski, onlardan sonra gələnlər Əbülfət Əliyev, Yaqub Məmmədov,
İslam Rzayev, Arif Babayev kimi dahi sənətkarlar sənəti necə qoruyublar, ona
necə hörmətlə yanaşıblar... Sənətə biganəlik halları görəndə təəssüf hissləri
keçirirəm. Müsabiqələrin birində gənc xanəndələrin yekun konserti idi. Orda
Əlibaba müəllim çox gözəl bir söz dedi mənə ki, qızım, Aygün, bu oxuyan qızlar
sənə, Nəzakətə baxıb oxuyurlar. Amma onların sabahkı taleyi bilinmir. Bir dəfə
də ayrı müsabiqədə canlı efirdə Əlibaba müəllim dedi ki, mən çox xanəndələrə
inanırdım, güvənirdim, deyirdim, onlardan sözün əsl mənasında yaxşı xanəndə
olacaq. Amma çox təəssüf ki, hər bir şeyləri oldu, amma xanəndə ola bilmədilər.
O sözdə böyük bir hikmət var. Elə bil tez bir mahnı oxumağa oxuyub toya çağırılmağa tələsirlər.
Sanki hər şeyin – evin, maşınının ən bahalısını əldə etmək istəyirlər. Belə
olmaz. Əvvəl bu sənətə yiyələnin, onun sirlərini öyrənin. Gənc muğam
ifaçılarından az qismi əsl sənətlə məşğuldur. – Siz hər zaman müəllimləriniz haqqında sevgi ilə danışırsınız.
Özünüz bir müəllimsiniz, sizcə, tələbələriniz də sizin haqqınızda belə məhəbbətlə
danışarlar?
– Artıq 20 ildir ki, Asəf
Zeynallı”da dərs deyirəm. Kollecin o vaxtkı rəhbəri Rasim müəllim məni bu təhsil
ocağına dəvət edəndə elə həyəcan keçirirdim ki... Dedim, mən axı hələ öyrənirəm.
Dedi, sizin müəlliminiz Şövkət xanım da bu kollecdə dərs deyib. Xahiş edirəm, təklifimi
qəbul edəsiniz. Amma sonralar Rasim müəllimə buna görə təşəkkür edirdim. Tələbələrimə
sənəti, muğamları öyrədirəm. Həm də müəllimlərim Şövkət Ələkbərova, Arif
Babayevin tələbələrinə qarşı qayğısını mən də tələbələrimə göstərməyə
çalışıram. Tələbələrimin ehtiyacları ilə maraqlanıram. Onlarla dost münasibəti
qurmuşam. Kolleci bitirən tələbələrim var, məni unutmurlar, hər zaman zəng
edirlər, sinfimə gəlirlər. Düşünürəm ki, mən o sevgini verə bilmişəm. Mən də tələbə
olanda valideynlərimdən uzaq idim. O sevgini müəllimlərimdən görürdüm. Şövkət
xanımın evinə gedirdik, soruşurdu ki, evdən gəlirsiz, yoxsa dərsdən? Dərsdən gəldiyimizi
biləndə əvvəl yeməyə dəvət edirdi. "Yox” deyəndə də razılaşmırdı. Mən müəllimindən belə münasibət görmüşəm. Ona
görə də mən o ənənəni davam etdirirəm.
– Müəlliminiz Arif Babayev sizin haqqınızda danışarkən deyib ki,
Aygünün ifası insanı ovsunlayıb əsrarəngiz bir dünya ilə qovuşdurur. Sizin
haqqında belə ifadələr işlədə biləcəyiniz qeyri-adi səsə malik olan tələbəniz
varmı?
–Arif müəllim xoşbəxt
adamdır ki, onun çoxlu sayda Xalq artisti, Əməkdar artist adına layiq görülən tələbələri
var. İlk tələbələrimdən biri Sara İsmayıllı rayonunda müəllimə işləyir. Onun
çox gözəl səsi var. Həmişə mənə deyir ki, sizdən öyrəndiklərimi mən də
rayonumuzdakı uşaqlara öyrədirəm. O, ”Asəf Zeynallı”nı bitirdi və rayona
qayıtdı. Mən ona burda Konservatoriyaya qəbul olub oxumağı təklif etdim. Amma
o, ailə qurdu. Sənət dostlarım da o qızın necə gözəl, ipək kimi səsi olduğunu
deyirdilər. Çox təəssüf ki, o getdi rayona və üzə çıxmadı, görünmədi. Bəlkə də,
Bakıda qalsaydı, o, indi ən tanınmış ifaçı olardı. Özünə də deyirəm ki, heyf, sənin
kimi gözəl səsli bir xanım üzə çıxmadı. Deyir, neyləyim müəllimə, belə alındı.
Saranın səsi fərqli səs idi. Arif müəllim hər zaman mənə deyirdi ki, sənin səsin
şəlalədən axan suyun səsini xatırladır. O qızın səsi də elə idi. İnsanı incitməyən,
qulağa xoş gələn səs idi. İstedadlı tələbələr var, amma o səsdən yoxdur.– Bildiyimə görə həyat yoldaşınız da sənət adamıdır, doğrudurmu?
– Yoldaşım gənclik illərində ən çətin musiqi
aləti olan ud ilə məşğul olub, onun dərsini keçib. Amma sonralar özünə iş
qurub, başı biznes sahəsinə qarışıb. Son 15-20 ildə daha çox təsniflər üzərində
işləyir. Elə təsniflər var ki, həm sözü, həm də musiqisi ona aiddir. Hüseyn
Cavidin sözlərinə və öz sözlərinə yazmış olduğu bir neçə bəstəsi var.
Yoldaşımın valideynləri Bakıdan Tehrana köçüblər. Yollar bağlanandan sonra isə
Bakıya gələ bilməyiblər. Deyir, anam Bakıda yaşadığı günlərdən çox danışırdı, o
məhəbbət məni bu şəhərə gətirdi. Bakıda küçə ilə gedərkən yaşlı qadın görəndə
elə bilirəm anamı görürəm. Yoldaşım – Fərəməz Germrudi "Bulaq üstə”, "Vəfasız”, "Naz eləmə” ,
"Qarabağ maralı” , "Bizə gəl”, "Niyə getdin”,
"Çarə nədir”, "Neyləyə billəm”
kimi təsniflərin söz və musiqi müəllifidir. Onun təsniflərini mənimlə
yanaşı, Nəzakət Teymurova, Səkinə İsmayılova, Gülyanaq və Gülyaz Məmmədova
bacıları, Səbuhi İbayev, Ehtiram Hüseynov, Səbinə Ərəbli, Kamilə Nəbiyeva,
Almaz Orucova kimi xanəndələrimiz ifa
ediblər.Söhbətləşdi: İntizar İsmayıl