“Yuvntus”un futbolçusu koronavirusa yoluxdu
"Yuventus”un
futbolçusu Daniel Ruqanidə koronavirus aşkarlanıb.
Kaspi.az xəbər
verir ki, bu barədə məlumatı Turin klubu yayıb. Daniel dərhal təcrid olunub.
Onunla təmasda
olanlar da müəyyənləşdirilərək karantinə alınır. Onun virusa hansı şəraitdə
yoluxduğu barədə məlumat verilmir.
Ruqani cari
mövsümdə A seriyasında 3 oyuna çıxıb.