• şənbə, 20 Aprel, 09:44
  • Baku Bakı 14°C

"Yuventus" koronavirusa görə sabiq futbolçusunun transferindən imtina etdi

27.05.20 15:30 732
"Yuventus" koronavirusa görə sabiq futbolçusunun transferindən imtina etdi
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusuPol Poqbanın İtaliya "Yuventus"una transferi baş tutmayacaq.
"Report"un "Corriere dello Sport" nəşrinə istinadən məlumatına görə, Turin təmsilçisi sabiq yarımmüdafiəçisini heyətinə qatmaqdan imtina edib.
Klub rəhbərliyi koronavirus pandemiyasının səbəb olduğu maliyyə böhranına görə fikrini dəyişib. "Qoca sinyora" heyəti gücləndirmək üçün başqa variantları nəzərdən keçirir.
Qeyd edək ki, 2012/2016 mövsümlərində "Yuventus"da çıxış edən Pol Poqbanın "Mançester Yunayted"lə gələn ilin iyununadək müqaviləsi var.
banner

Oxşar Xəbərlər