• cümə axşamı, 28 mart, 21:38
  • Baku Bakı 13°C

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

14.12.18 12:00 394
YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib
YUNESKO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Parisdə YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilir. Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, eləcə də nazirliyin və YUNESKO yanında Daimi nümayəndəliyin digər əməkdaşları iştirak edirlər.
Sessiyada YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair hesabat nəzərdən keçirilib. Hesabat bütün kriteriyalara uyğun, eləcə də məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq, Hökumətlərarası Komitə tərəfindən təsdiqlənib.
Qeyd edək ki, hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.
YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası dekabrın 14-ə qədər davam edəcək.
banner

Oxşar Xəbərlər