• cümə axşamı, 25 aprel, 02:28
  • Baku Bakı 19°C

“Yüksəliş” müsabiqəsinin onlayn seçim mərhələsi üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb

24.01.20 12:30 665
“Yüksəliş” müsabiqəsinin onlayn seçim mərhələsi üçün proqram və ədəbiyyat siyahısı açıqlanıb
Dövlət İmtahan Mərkəzi "Yüksəliş” müsabiqəsində ikinci – onlayn seçim mərhələsinə hazırlaşmaq üçün proqram və ədəbiyyat siyahısını açıqlayıb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, "Yüksəliş” müsabiqəsində qeydiyyat mərhələsini uğurla başa vuran iştirakçılar onlayn seçim mərhələsində iştirak etmək hüququ qazanırlar. Bu mərhələdə iştirakçıların tələb olunan intellektual biliklərə sahib olması, idarəçi olmaq üçün lazımi xüsusiyyətləri əhatə edən şəxsi keyfiyyətləri qiymətləndirilir. Onlayn test tapşırıqları iki hissəyə bölünməklə ümumi biliklər (Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, hüquq və iqtisadiyyatı) və qabiliyyət testləri (verbal və rəqəmsal məlumatların təhlili, mücərrəd düşüncə, düşüncə sürəti) formatında keçiriləcək.
İmtahanlara hazırlaşmaq üçün müvafiq proqram və ədəbiyyat siyahısıhttp://dim.gov.az/upload/iblock/165/165677805996bdc56ea3ead526b8a34b.pdflinkində yerləşdirilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün qeydiyyat 2020-ci il 2 fevral saat 18.00-dək davam edəcək. Müsabiqə haqqında ətraflı məlumatı yukselish.az saytından əldə edə bilərsiniz.
banner

Oxşar Xəbərlər