Yüksək səs-küy, yanğınlar və təbiət ritmlərinin pozulması planetar miqyaslı ekoloji təhlükələrdir

Səs-küy səviyyəsinin artması, meşə yanğınları və təbiət ritmlərinin pozulması ciddi ekoloji təhlükələrdir. Onlar ətraf mühit və insanın sağlamlığı üçün qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər.
AZƏRTACxəbər verir ki, bu fikirlər BMT-nin Ətraf Mühit Proqramının (UNEP) illik məruzəsində öz əksini tapıb.
Hesabatda əsas ekoloji problemlər şərh edilir və onların həlli variantları təklif olunur. Builki məruzə üç problemlə həsr edilib: səs-küy səviyyəsinin artması, meşə yanğınları və təbiətin ritminin pozulması.
Səs-küy səviyyəsinin artması. Ekspertlər qeyd edirlər ki, səs-küy səviyyəsinin artması müasir şəhərlərin əsas ekoloji problemlərindən biridir. Səs-küy bütün yaş qruplarına adi insanların psixi və fiziki sağlamlığına təsir göstərərək, yuxunun pozulmasına, əsəbiliyə və baş ağrısına, həmçinin hipertoniya, ürəyin işemik xəstəliyi, diabet kimi xəstəliklərin inkişafına və eşitmə qabiliyyətinin pozulmasına səbəb ola bilər.
Məruzə müəllifləri bu problemi yaşıllıqların köməyi ilə həll etməyi təklif edirlər, çünki yaşıllıqlar akustik enerjini udmaq və səs-küyü "səpələmək” qabiliyyətinə malikdir. Avtomagistrallar boyunca cərgə ilə əkilmiş ağaclar səs-küyün səviyyəsini 12 desibelə qədər azalda bilər. Şəhərlərdə səs-küyü azaltmağın daha bir üsulu avtomobillərdən imtina etmək, velosiped və skuterlərdən daha fəal istifadə etməkdir.
İqlim dəyişmələri şəraitində meşə yanğınları. Məruzə müəlliflərinin fikrincə, müasir dövrdə meşə yanğınları ən ciddi ekoloji problemlərdən biridir. Proqnozlara görə, qarşıdakı onilliklər ərzində meşə yanğınları daha böyük əraziləri əhatə edəcək. Son onilliklərdə meşə yanğınları hətta rütubətli tropik rayonlarda da tüğyan edir. Avstraliya, Avropa və Şimali Amerikada tez-tez baş verən tufanlar meşə yanğınları üçün şərait yaradır, nəticədə sular çirklənir, torpaq eroziyaya uğrayır, dünya okeanına zərərli kimyəvi elementlər düşür, biomüxtəliflik itirilir.
Fenologiya və dəyişkən təbii ritm. Fenologiya dedikdə mövsümi təbiət hadisələrinin başlanması, davametmə müddətləri və səbəbləri barədə məlumatların toplusu nəzərdə tutulur. Bu hadisələrin müddətləri canlı təbiətdə xüsusi əhəmiyyət kəsb edir: quşlar bala çıxarmaq üçün o vaxt qırt düşür ki, onları böyütmək üçün kifayət qədər qida olsun; həşəratlar bitkilərin çiçəkləndiyi dövrdə fəallaşır, dovşanlar isə qar əriyən dövrdə rənglərini dəyişir.
UNEP məruzəsinin müəllifləri beynəlxalq birliyə müraciət edərək təbii ritmin bərpa edilməsi üçün təxirəsalınmaz tədbirlər görməyə çağırırlar. Bundan ötrü heyvanların yaşayış areallarını bərpa etmək, planetin bioloji müxtəlifliyinin azalmasının qarşısını almaq və ən başlıcası, - istixana qazlarının tullantılarının azalmasına nail olmaq lazımdır.