Yovan Çirilov vəfat etdi...

BİTEF Beynəlxalq teatr festivalının müəllifi, bədii rəhbəri 84 yaşlı Yovan Çirilov vəfat etdi. Yovan Çirilov - mədəniyyət aləminin və teatrın böyük nümayəndəsi, dramaturq, teatrşünas, yazıçı, lüğətlərin müəllifi, tərcüməçi, filosof və erudit; 1967-ci ildə əsası qoyulan BİTEFin müəllifi idi. Çirilov serb şəhəri olan Kiknada 1931-ci ildə dünyaya gəlmişdi, 1955-ci ildə isə Belqrad Universitetinin fəlsəfə fakültəsini bitirmişdi.
Keçmiş Yuqaslaviya və Serbiyanın ən hörmətli ziyalılarından olan Çirilov romanlardan, şer kitablarından, qəzet məqalələrindən və memuralardan ibarət olan böyük yaradıcı xəzinənin sahibi idi. 2000-2007-ci illlərdə o, YUNESKO-nun nümayəndəsi seçilmişdi. Yovan Çirilov özündən sonra mədəniyyət və tear üçün unudulmaz bir iz qoymuşdur.
Miroy Trailoviç ilə birgə o, Cənub-Şərq beynəlxalq festivalını yaratmışdı. O, Brextin, Jenenin, Kristofer Frayanın, Stoppardın, Şeppardın, Marberin pyeslərini və “Saçlar” müziklinin mətnini tərcümə etmişdi.
Yuqaslaviya dram teatrının direktoru olmuşdu (1985-1999). Bundan əvvəl isə teatrın bədii hissə müdiri, eləcə də 1967-ci ildən 1985-ci ilədək “Atelye 212” teatrına bədii rəhbərlik etmişdi.
Təəcüblü deyil ki, dünyanın istənilən teatr ictimaiyyətində Çirilovu böyük hörmətlə yad edirlər. Yovan dost sandığı insanlarla ünsiyyət qurmağı, onları hər an belə başa düşməyi bacaran insandır. O, dünyanın ən məşhur teatr simaları ilə dostluq etmişdir. Onun Piter Bruk, Yuri Lübimov, Eudjenio Barboy, Anatoli Efros, Fernando Arrabal, Lev Dodin, Corc Streler və ya Robert Uilson kimi teatr nəhəngləri ilə birgə foto-şəkilləri də bu dostluğun əbədi xatirələridir.
Aygün