cümə, 20 May, 01:25

Baku Bakı 16°C

Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobus səfərləri üçün yaradılan portal işə düşdü

icon 159 icon 21 yanvar 2022 | 13:43 Şuşaya getmək istəyənlərin nəzərinə - Avtobus səfərləri üçün yaradılan portal işə düşdü

Bu gündən Qarabağa təşkil edilən müntəzəm marşrut avtobusları ilə Şuşa və Ağdama səfər edəcək şəxslərin bilet alması üçün yaradılan "Yolumuzqarabaga.az" portalı istifadəyə verilib.
Kaspi.az xəbər verir ki, portalda vətəndaşlara3müxtəlif məkandan çıxış imkanı təqdim edilib.
Belə ki, yanvarın 24-dən etibarən vətəndaşlar bilet alaraq, Bakı, Bərdə və Əhmədbəylidən Şuşa və Ağdama səfər edə biləcəklər.
Eyni anda maksimum 5 sərnişin üçün biletin alınmasına imkan yaradılıb.
Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə4dəfə, digər istiqamətlərdə isə həftədə2dəfə olacaq.
Bakı-Şuşa-Bakı üzrə biletin qiyməti10,4manat, Bakı-Ağdam-Bakı üzrə biletin qiyməti9,4manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli üzrə biletin qiyməti7, manat, Bərdə-Ağdam-Bərdə üzrə biletin qiyməti5manat müəyyən edilib.
Bundan əlavə Füzuli Beynəlxalq Hava Limanı-Şuşa-Füzuli Büzuli Beyəlxalq Hava Limanı üzrə səfərlər də nəzərdə tutulub. Füzuli Beynəlxalq Hava Limanı işləmədiyi üçün hələlik həmin istiqmaətdə reyslər aktiv deyil.
Bu istiqmatdə isə biletin qiyməti6manat olacaq.
Qeyd edək ki, müəyyən edilən qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar.