• çərşənbə, 24 Aprel, 19:05
  • Baku Bakı 23°C

Yollar buz bağlayacaq

17.12.18 15:30 32
Yollar buz bağlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən dekabrın 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.
Azərbaycanın rayonlarında dekabrın 19-u axşam bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var. Dağlıq rayonlarda yolların buz bağlama ehtimal olunur.
banner

Oxşar Xəbərlər