• çərşənbə axşamı, 23 aprel, 12:44
  • Baku Bakı 24°C

Yol qəzasında yaralanan soydaşlarımızın durumu nəzarətdə saxlanılır

21.09.19 11:15 749
Yol qəzasında yaralanan soydaşlarımızın durumu nəzarətdə saxlanılır
Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanın Qayakənd rayonu ərazisində baş vermiş nəqliyyat hadisəsində yaralan soydaşlarımızın durumunu nəzarətdə saxlayır.
Hadisə ilə bağlı ölkəmizin Moskvadakı səfirliyindənAZƏRTAC-a bildiriblər ki, Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində nəqliyyat hadisəsi barədə səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin hadisəni araşdıran müstəntiqi, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələrimiz, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.
Əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həlak olub, 7 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb. Onlardan 3-ü ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıb. Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər soydaşımız - Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) müalicə olunur, onların vəziyyəti orta ağır qiymətlndirilir.
banner

Oxşar Xəbərlər