• cümə, 29 Mart, 15:14
  • Baku Bakı 14°C

Yol qəzalarında 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb

18.09.19 12:00 665
Yol qəzalarında 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb
Sentyabrın 17-dən 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayətin üstü "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər