• cümə axşamı, 18 aprel, 04:53
  • Baku Bakı 15°C

Yol polisi motosiklet sürücülərinə müraciət etdi

18.10.13 15:32 1521
Yol polisi motosiklet sürücülərinə müraciət etdi
İdarədən APA-ya verilən məlumata görə, son vaxtlar sürücülər tərəfindən standartlara uyğun olmayan, səs boğucu və əlavə avadanlıq quraşdırılan nəqliyyat vasitələrinin, xüsusilə motosikletlərin idarə olunması halları çoxalıb ki, onların da yaratdığı səs-küy paytaxt sakinlərinin və ictimaiyyətin haqlı narazılıqlarına zəmin yaradır.
Əhalinin çoxsaylı müraciətləri və təklifləri nəzərə alınaraq, motosiklet sürücülərinə saat 23:00-dan 08:00-a qədər motosikletlərdən istifadə etməmək tövsiyə olunur.
banner

Oxşar Xəbərlər