• çərşənbə, 17 Aprel, 01:58
  • Baku Bakı 14°C

Yol nişanı lövhəsini oğurlayan şəxs saxlanıldı

23.05.21 12:15 971
Yol nişanı lövhəsini oğurlayan şəxs saxlanıldı
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yol nişanı lövhəsini oğurlayan şəxs tutulub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Kaspi.az-a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları xidmətdə olan zaman Biləsuvar rayonu ərazisindən keçən magistral yolun kənarında quraşdırılmış yol nişanı lövhəsini oğurlamaq istəyən şəxsi aşkar ediblər.
Polis əməkdaşları həmin şəxsi saxlayaraq yol nişanı lövhəsi ilə birlikdə Polis Şöbəsinə gətiriblər. Araşdırmalarla oğurluq əməlini törədən şəxsin İmişli rayon sakini İntiqam Dadaşov olduğu müəyyən edilib.
Hal-hazırda Cəbrayıl RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər