• cümə, 19 Aprel, 06:00
  • Baku Bakı 13°C

Yohannes Han: “Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”

18.10.17 12:30 2374
Yohannes Han: “Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır”
"AzərbaycanAvropa İttifaqıüçün vacib tərəfdaşdır”.
APA-nın "neweasterneurope.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarıYohannes Handeyib. O bildirib ki, Aİ ilə Azərbaycan münasibətləri yeniləmək və 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək yeni ikitərəfli sazişlə əlaqələrin tam potensialını inkişaf etdirmək niyyətindədir: "Hələlik adı məlum olmayan bu saziş ortaq fundamental dəyərlər və prinsiplər əsasında əlaqələrimizi genişləndirəcək və dərinləşdirəcək, qarşılaşdığımız çağırışlar və ortaq qlobal, siyasi-iqtisadi maraqları nəzərə alacaq. Saziş siyasi, sektoral, ticarət və iqtisadi əlaqələri əhatə edəcək”.
Komissar Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı təmsil etdiyi təşkilatın mövqeyini də izah edib: "Münaqişəyə dair bizim mövqeyimiz bəllidir.Avropa İttifaqıATƏT-in Minsk qrupunun münaqişə zonasında gərginliyin azaldılması ilə bağlı təxirəsalınmaz tədbirləri nəzərdən keçirməyi nəzərdə tutan, o cümlədən tərəflərin substanstiv və vacib siyasi iradə ilə danışıqlara yenidən cəlb olunması istiqamətindəki səylərini dəstəkləyir”.
banner

Oxşar Xəbərlər