AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yığmamızın rəqibi İngiltərə millisini evə göndərdi

Yığmamızın rəqibi İngiltərə millisini evə göndərdi

İdman
12 İyun 2013, 13:14 1130
Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının (U-21) növbəti rəqibi olan İsrail Avropa çempionatının final mərhələsində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, israillilər ölkələrində təşkil olunan turnirdə qrupda son oyununda İngiltərəyə 1:0 hesabı ilə qalib gəlib.

Bununla da ötən seçmə mərhələdə yığmamızla bir qrupda olmuş Stüart Pirin yetirmələri hər 3 oyunda uduzaraq, fiaskoya uğrayıb. İsrail isə 4 xalla qrupda 3-cü olub. Onun yer aldığı A qrupundan İtaliya ilə Norveç, B qrupundan isə İspaniya və Hollandiya yarımfinala çıxıb.

Qeyd edək ki, seçmə mərhələyə evdə Makedoniya yığması ilə qolsuz heç-heçə ilə başlayan U-21-miz növbəti matçını sentyabrın 7-də səfərdə İsraillə keçirəcək.