• cümə, 19 Aprel, 01:04
  • Baku Bakı 18°C

“Yığışdırın, rədd edin bu turniri”

22.01.20 13:17 1352
“Yığışdırın, rədd edin bu turniri”
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Futbol Assosiasiyasına müraciət edib.
Kaspi.az xəbər verir ki, Pep İngiltərə Liqa kubokundan narazılığını bildirib. O, bu turnirin ləğv edilməsini istəyir:
"Yığışdırın, rədd edin bu turniri. Belə turnirlərin, oyunların sayı nə qədər az olacaqsa, keyfiyyət də bir o qədər yaxşı olacaq.
İnsanlar bir müddət futbolsuz yaşaya bilərlər. Yayda mövsümü bir qədər gec başlamaq olar. Uzun müddət həftədə bir oyun keçiririk.
Və birdən hər şey dəyişir. Həftədə 2-3 oyun keçirməli oluruq. Belə təqvim çox qəribədir”.
Qvardiolanın "Siti”si üç mövsümün ikisində Liqa kubokunu qazanıb. Onun komandası cari mövsümün ilk yarımfinal oyununda da "Mançester Yunayted”i səfərdə məğlub edib – 3:1.
banner

Oxşar Xəbərlər