• şənbə, 20 Aprel, 17:50
  • Baku Bakı 23°C

Yeznə həbsxanadakı qaynına narkotik gətirdi

10.07.14 16:21 988
Yeznə həbsxanadakı qaynına narkotik gətirdi
Həbsxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətdən Lent.az-a verilən məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, CM-nin 206.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 ədəd quru balığın içərisində gizlədilmiş, 7 ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
banner

Oxşar Xəbərlər