• cümə, 19 Aprel, 13:56
  • Baku Bakı 25°C

Yevlaxda polis əməkdaşı avtomobili qatara çırpıb, ölən var

10.06.14 17:02 1076
Yevlaxda polis əməkdaşı avtomobili qatara çırpıb, ölən var
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, 1990-cı il təvəllüdlü Ruslan Quliyev idarə etdiyi xidməti “Chevrolet Niva” markalı maşını Bakı-Tbilisi dəmir yolu xəttinin Yevlax şəhərindən keçən hissəsində hərəkətdə olan qatara çırpıb.
Nəticədə avtomobildə olan sərnişin, rayonun Nemətabad kənd sakini Elməddin Həsənov hadisə yerində dünyasını dəyişib. Sürücü özü isə ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər