• cümə axşamı, 28 mart, 15:18
  • Baku Bakı 16°C

Yevlaxda narkotacir yaxalandı

11.07.21 13:30 309
Yevlaxda narkotacir yaxalandı
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə olan heroin və metamfetaminin (patı) satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Orxan Bəkirov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırılmış 31 bükümdə 8 qrama yaxın heroin və metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.
banner

Oxşar Xəbərlər