• şənbə, 27 Aprel, 08:22
  • Baku Bakı 12°C

Yevlaxda əmisi tərəfindən qaçırılan 13 yaşlı qıza mühafizə orderi verilib

24.12.21 17:50 279
Yevlaxda əmisi tərəfindən qaçırılan 13 yaşlı qıza mühafizə orderi verilib
"Yevlaxda əmisi tərəfindən qaçırılan 13 yaşlı qızın vəziyyəti nəzarətdə saxlanılır”.
Bu barədəAPA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
O bildirib ki, qıza İcra hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən mühafizə orderi verilib.
Qeyd edək ki, Yevlaxda 13 yaşlı qardaşı qızını qaçıraraq təcavüz etməkdə şübhəli bilinən Elçin Mustafayev həbs edilib. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3 (On dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmə) və 152.2-ci (On dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddələri ilə cinayət işi başlanılıb. E.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.
banner

Oxşar Xəbərlər