• şənbə, 10 May, 09:41
  • Baku Bakı 15°C

Yevlax-Balakən avtomagistralında yol qəzası olub, xəsarət alanlar var

28.12.20 09:15 490
Yevlax-Balakən avtomagistralında yol qəzası olub, xəsarət alanlar var
Balakən-Xaldan avtomobil yolunun Yevlaxın Xanabad kəndi yaxınlığından keçən hissəsində Yevlax-Oğuz-Şəki yol dairəsi ətrafında yol qəzası baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, "VAZ 2103” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb.
Qəza nəticəsində maşında olan və müxtəlif bədən xəsarətləri alan Göyçay sakinləri -1999-cu il təvəllüdlü Cəbrayılov Cavid Ağahüseyn oğlu və 1987-ci il təvəllüdlü Sultanov Tural Nail oğlu xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər